Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 08:56
Böyük texnologiya şirkətləri qazanclarını artırmaq və müxtəlif sahələrdə fəaliyyətlərini daha da aktivləşdirmək üçün satınalmalar həyata keçirirlər.
Bu satınalmalar bəzən uğursuz nəticələnir, bəzən də şirkətlərə qazanclarını artırmağa imkan yaradır.
Son illlərin ən yaddaqalan satınalmaları Google və Feysbuka məxsusdur.
Facebook-un İnstaqram YATIRIMI
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk bir müddət öncə Cambridge Analytica qalmaqalı ilə gündəmə gəldi və bu hadisə şirkətin əvvəlki nüfuzunu itirməsinə səbəb oldu. Buna baxmayaraq, şirkət milyardlar qazanmağa davam edir.
2012-di ildə Feysbuk dünyanın ən məşhur foto paylaşım platforması olan İnstaqramı 1 milyard dollara satın aldı. Bu, böyük bir məbləğ kimi görünsə də, hər kəs Feysbukun İnstaqramdan necə pul qazanacağı ilə maraqlanırdı. 2012-ci ildə İnstaqramın reklam gəlirləri açıqlanmadı. Lakin bu satınalmadan sonra, 2019-cu ildə İnstaqram 20 milyard dollar qazandı. Bu qazancla şirkət hətta Feysbuku da üstələmiş oldu. Nəticədə, Feysbuk İnstaqrama yalnız 1 milyard dollar ödəyərək 2019-cu ildə 20 milyard dollar qazandı.
Google-un YouTube YATIRIMI
Digər maraqlı və ən çox danışılan satınalma Google-a məxsusdur. Şirkət 2006-cı ildə YouTube-a 1,65 milyard ödəyərək öz tərkibinə qatdı. İllərdir YouTube-un bu satınalmadan nə qədər qazandığını öyrənə bilmirik. Şirkət heç yerdə bu məlumatı açıqlamırdı. Lakin Google bu il fərqli qərar qəbul etdi və YouTube-dan qazandığı gəlirləri açıqladı. Paylaşılan məlumata görə, 2019-da Google-un platformadan əldə etdiyi gəlir 15 milyard dolları keçib.