Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

Tarix: 21 May 2019 16:57

Bakı. Elçin Mehdiyev - Trend:

Mayın 23-24-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.

Trend-in məlumatına görə, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

İclaslarda AŞPA-da Yeni siyasi qrupun yaradılması, AŞ-yə yeni baş katibin seçilməsi, Ukraynada, Şimali Makedoniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Qazaxıstanda keçiriləcək prezident seçkiləri, Ukraynada keçiriləcək parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq.

S.Seyidov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.


Etiketlər:  Səməd Seyidov Parisə gedir PA nın iclası keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ