Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 17:20
"Azərbaycanda 2019-cu ildə iqtisadi artım tempi 2,2%, qeyri-neft sektorunda artım tempi isə 2 dəfəyə qədər artaraq 3,5% olub".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd ABŞ dollarına çatıb. Bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir:
"Qeyri-neft ixracı 14% artaraq 2 mlrd dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib".