Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 18:30
İranın şimalında yerləşən Gilan vilayətində güclü qar nəticəsində 194 kəndin elektrik enerjisi kəsilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Gilan regional elektrik şirkətinin icra direktoru Əzim Bülbülabadi deyib.
Ə.Bülbülabadinin sözlərinə görə, elektrik xətlərinə ciddi şəkildə ziyan dəydiyi üçün bir neçə rayonda paylayıcı stansiyaların fəaliyyəti dayandırılıb.
Hazırda Qəzvin-Rəşt magistral yolu bağlanıb. İran yol polisi Gilan vilayətinə səfər etməməyi məsləhət görüb.
İranın Ərdəbil vilayətinin Xalxal rayonu qubernatoru Firudin Babayi rayonun 142 kəndi ilə əlaqənin kəsildiyini deyib.