Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2020 19:30
Aparıcı Leyla Quliyeva "Fatehin divanı" proqramında qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Səs uşaqlar" layihəsi və yarışmanın münsiflərindən söz açıb.
O, Çingiz Mustafayev barədə "Mən Çingizi daha utancaq və sakit bilirdim. Sizə deyim ki, Çingiz heç Zülfiyyə xanımdan utanmadı. Ondan da çəkinmədi" deyə, bildirib.
L.Quliyeva Xalq artisti Zülfiyyə Xanbabayevanın isə kövrək olduğunu söyləyib:
"Zülfiyyə xanım "hə" deməmiş ağlamağa meyillidir".
"Murad isə yarışmaya gələn uşaqlar kimidir" deyə, aparıcı bəstəkar və müğənni Murad Arif haqda bildirib.