Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 18:08
"Real" "Ayntraxt"ın hücumçusu Luka Yoviçi almaqdan imtina edib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb Frankfurt təmsilçisinin "kral klubu"ndan yüksək təzminat məbləği tələb etməsidir. Tərəflər əvvəlcə 60 milyon avroya razılıq əldə etsələr də, almanlar sonradan fikrini dəyişib. İddiaya görə, Bundesliqa təmsilçisi serbiyalı hücumçunu 100 milyon avrodan ucuz satmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Yoviç "Barselona"nın da maraq dairəsindədir.