Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Küləkli havada uçan təhlükə: hər an xəsarətlə üzləşə bilərik - VİDEO - FOTO

Küləkli havada uçan təhlükə: hər an xəsarətlə üzləşə bilərik - VİDEO - FOTO

Tarix: 12 Fevral 2020 14:38

Küləkli havalarda çoxmərtəbəli binaların qarşısından keçmək təhlükəlidir. Belə ki, bu binalardan hər hansı bir əşya yerə düşə bilər. Əksər hallarda təhlükə qaçılmaz olur. Necə ki, bir neçə gün əvvəl məhz binadan böyük bir şüşə parçası yerə düşdü. Nə yaxşı ki, xəsarət alan olmadı. Amma ola da bilərdi.

Sonxeber.net bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi sözügedən məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Mən maşını binanın altında saxlayanda mənə dedilər ki, orada saxlama, maşının təkəri deşilər. Yerdə şüşədən başqa heç nə görmədim. Dedilər yuxarıdan düşüb, 10-cu mərtəbədən".

Küləkli havalarda belə halların tez-tez baş verdiyini deyən ekspertlər diqqəti daha çox tikintisi davam edən çoxmərtəbəli binalara çəkir.

Anar Məlikov - Ekspert: "Nəzərə almalıdılar ki, tikinti gedən mərtəbələrdə yəni tikinti prosesində taxta və yaxud da digər yüngül qabaritli böyük cisimlərin bərkidilməmiş, bağlanmamış nəzarətsiz qalması halları olmasın. Çünki nəticədə külək onu 10-cu mərtəbədən götürəndə hara atacağı və ya hansı hədəfə toxunacağı bəlli deyil".

Əksər yeni tikilən binaların yola yaxın olması, məsafənin az olması təhlükənin miqyasını bir az da artırır. Yəni, binadan düşən istənilən bir əşya ya yola, ya da yoldan keçənin başına düşə bilər.

Sakin: "Taxta düşmüşdü binadan maşının üstünə. O adamın da başına düşə bilərdi. Adamın başına düşsəydi, məsuliyyət tikinti aparan şirkətin üzərinə düşəcəkdi".

Anar Məlikov - Ekspert: "Problem, əsasən, daha çox xırda məsələlərdən yaranır, o şeylər ki, az ciddiyə alınır. Tikinti şirkətləri tərəfindən məlumatlar alınmalıdır. Yəni bilməlidirlər ki, sabah hava necə olacaq. Bu gün axşam işi saxlayarkən, axşama külək ola bilərmi və yaxud sabaha külək müşahidə oluna bilərmi?"

Bəs tikinti sahəsində bu qaydalara əməl edilirmi?

İş icraçısı: "İşləmirik küləkli havalarda. İşləyəndə də təhlükəsizliyimizi qoruyuruq. Yerə düşəcək bir şeylərin qarşısını tol çəkərək alırıq".

Digər yeni tikilidə isə nəyinki ətrafdakı insanların, heç inşaatda çalışan işçilərin belə təhlükəsizliyi nəzərə alınmır. Niyəsini soruşduqda isə jurnalistləri ərazidən qovmaqla kifayətlənirlər.

Bəli, bu cür insanlara öz həyatımızı etibar edə bilmərik. Kiminsə işində səhlənkarlığı bizə baha başa gələ bilər. Elə isə çarə qalır özümüzə. Çoxmərtəbəli binaların yanından keçərkən ehtiyatlı olmağımız mütləqdir.


Etiketlər:  Küləkli havada uçan təhlükə hər xəsarətlə üzləşə bilərik VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ