Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildi

Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildi

Tarix: 13 Fevral 2020 18:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı məsələyə münasibət bildirib. 

Sonxeber.net xəbər verir ki, idarədən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

"Aparılmış araşdırmanın nəticələrinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib". 

"Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq", - deyə qurumdan qeyd edilib.


Etiketlər:  Bakıda işçilər işə gəlmədi məktəb direktoruna xəbərdarlıq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ