Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 20:56
Yaponiyada yeni növ koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən şəxs Kanaqava prefekturasının 80 yaşlı sakinidir. Bu barədə məlumatı ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato yayıb. Onun sözlərinə görə, qadın bir neçə gün əvvəl xəstəxanaya müraciət edib və qripdən müalicə alıb. Həkimlər yalnız qadının ölümündən sonra onun koronavirusa yoluxduğunu müəyyən ediblər.
Qeyd edək ki, son məlumata görə, Çinin Uxan şəhərindən yayılmağa başlayan koronavirusdan ölənlərin sayı 1310 nəfərdir.