Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayaqlarınızı panelə uzatmaq vərdişi çox pis nəticə verə bilər

Ayaqlarınızı panelə uzatmaq vərdişi çox pis nəticə verə bilər

Tarix: 13 Fevral 2020 23:40

Maşında gedərkən ayaqlarınızı panelin üzərinə qoyursuz? Buyurun, bu da nəticəsi.

Milli.Az ted.az-a istinadən bildirir ki, rentgen bu vərdişin nəyə gətirib çıxara biləcəyini göstərib. Görüntüdə ayaqlarını panelə qoyan və qəzaya düşən qadının çanağında nə baş verdiyi açıq əks olunub. Qəza zamanı bud sümüyünün biri tamamilə sınıb, digəri isə yuvasından çıxıb.

Uels polislərinin biri bu görüntünü paylaşaraq sərnişinləri avtomobildə bu cür oturmamağa çağırıb:

"Bu, ön oturacaqda əyləşərək ayaqlarını panelə qoymuş sərnişinin toqquşma zamanı aldığı dəhşətli xəsarətlərin rentgenidir. Sərnişin bunu etmək istəyirsə, ona bu şəkli göstərin", - deyə o, sürücülərə müraciət edib.

Qəzaya düşən qadın sağ qalıb, ancaq xəsarətlər o qədər ağırdır ki, onun normal həyata qayıtması mümkün olmayacaq.

Qeyd edək ki, sərnişinin ayaqlarını panelə qoyması qanunla qadağan deyil, amma polis yan güzgü görünüşünə maneə törətdiyinə görə cərimə yaza bilər.

Milli.Az


Etiketlər:  Ayaqlarınızı panelə uzatmaq vərdişi çox pis nəticə verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ