Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 03:52
Bakı. Trend:
Nigeriyanın şimalındakı Katsin əyalətində, quldurlar tərəfindən edilən hücumda 26-dan çox nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Channels TV" telekanalı xəbər verib.
Televiziya kanalı mənbələrə istinadən bildirir ki, Faskare yerli hökumətinin ərazisində 11 nəfər, Dan Musanın ərazisində isə 5 nəfər həlak olub.
Quldurlar, həmçinin Bastari rayonunda yerləşən Yar Qamdji kəndindəki kənd təsərrüfatı işçilərinə hücum ediblər, nəticədə 18 nəfər həlak olub, daha 10 nəfər itkin düşüb.
Qeyd edilir ki, axtarış dəstəsi tərəfindən Faskari ərazisindəki məşədə daha üç cəsəd və quldurların tərk etdiyi düşərgə tapılıb. Hal-hazırda axtarış aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin