Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə azərbaycanlı ana intihar etdi

Türkiyədə azərbaycanlı ana intihar etdi

Tarix: 14 Fevral 2020 13:50

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda 27 yaşlı azərbaycanlı ana Natella Rüstəmova intihar edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam 18:00 radələrində Atatürk küçəsində yerləşən binaların birində baş verib. 

Natella Rüstəmova ip vasitəsilə özünü evin tavanından asıb. Qadının bir azyaşlı övladı var. 

Hadisə yerinə təcili tibbi yardım xidmətinin həkimləri və polislər çağırılıb.

Meyit aidiyyəti qurumlar tərəfindən ekspertizaya göndərilib.

Milli.Az


Etiketlər:  Türkiyədə azərbaycanlı ana intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ