Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 22:54
İngiltərədəki ''Ciara'' fırtınasından sonra Şotlandiyada sahilə çıxan skelet yerli əhalini təşvişə salıb.
Sonxeber.net xəbər verir ki, Birləşmiş Krallıqda saatda 90 kilometr sürətlə əsən fırtınadan sonra Şotlandiyada sahilə çıxmış skeletin fotoları "Facebook" vasitəsilə bütün dünyaya yayılıb. Bəziləri uzun və qorxunc skeletin balinaya aid olduğunu düşünsə də, digərləri ehtimal edirdi ki, bu Lox Ness canavarına məxsusdur.
Belə ki, Lox Ness canavarına aid əfsanələr 1500-cü ildən bəri danışılır. Nəql edilən hejkayədə bildirilir ki, Şotlandiyada xiristiyanlığı yaymaq vəzifəsi verilən irlandiyalı Kolumba adlı din adamı Lox Ness gölündə gördüyü canavardan bəhs edib. Qeyddə həmçini Kolumbanın həmin canavarın insanları yediyini öz gözləri ilə gördüyü yazılıb. Lakin o qatı din adamı olduğuna görə, həmin canavara suya girməyi və bir də insanlara toxunmamağı əmr edib. Həmin gündən bəri həmin nəhəng su canavarını görən olmayıb. Yerli sakinlər əfsanələrə inanmadıqlarını deyərək, canavara aid əsaslı dəlil istəyiblər. 1934-cü ildə ingilis cərrah həmin canavarın fotolarını yayımlayıb. Foto Kolumbanın qeydlərində bəhs etdiyi canavarın görünüşü ilə üst-üstə düşürdü. Həmin hekayəyə və gölə görə hər il minlərlə turist bölgəni ziyarət edir. Araşdırmaya görə həmin göl ölkə iqtisadiyyatına 33 milyon dollar xeyir verib. (ölkə.az)