Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 11:56
Braziliyalı Neymar PSJ rəhbərliyinin qəzəbinə səbəb olan addım atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna onun Almaniyanın Düsseldorf şəhərinə gedərək brend geyim şirkətlərindən birinin reklam fotosessiyasına çəkilməsi səbəb olub.
28 yaşlı hücumçu hazırda zədəlidir. Klub rəhbərliyi ümid edirdi ki, Neymar zədəsini tez sağaltmaq üçün ciddi səy göstərəcək. Fevralın 18-də komandanın Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund "Borussiya"sına qarşı oyunu var. Amma braziliyalının həmin matça kimi heyətə dönəcəyi ehtimalı azdır. PSJ rəhbərliyi Neymarın gücünü futboldankənar məsələlərə sərf etməsindən narazıdır.
Buna baxmayaraq, klubun futbolçuya cəza verməyəcəyi bildirilir.