Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 12:04
UEFA-nın "Mançester Siti"ni Çempionlar Liqasından iki il müddətinə uzaqlaşdırılıması barədə qərarı klubu 300 milyon avrodan məhrum edə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə maliyyə eksperti Kiran Maquayr öz müsahibəsində bildirib.
O, qeyd edib ki, maliyyə itkiləri komandaya da mənfi təsir göstərəcək.
Qeyd edək ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) "Mançester Siti"ni Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub.