Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 17:22
"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər".
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçın startından yaxşı hücumları olub:
"Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".
Bizi Feysbukda da izləyin!