Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayntraxt'' azarkeşlərindən azərbaycanlı uşaqlara jest

''Ayntraxt'' azarkeşlərindən azərbaycanlı uşaqlara jest

Tarix: 22 May 2019 11:40

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Qol.az "eurosport.de"yə istinadən xəbər verir ki, Frankfurt klubunun Avropa Liqasının yarımfinal mərhələsində “Çelsi” ilə ilk görüşündən sonra (1:1) bəzi nikbin azakeşlər komandalarının finala çıxacağına inandığından həlledici mat üçün biletlərini alıblar. Lakin "Aytraxt"ın penaltilər seriyasında uduzması fanatların planlarını pozub. 

Bundan sonra 100 azarkeş öz biletini Azərbaycanda aztəminatlı uşaqlara bağışlayıb. Biletlərin əksəriyyəti SOS Uşaq Kəndinə göndərilib.
 
 Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında  “Çelsi” və “Arsenal” klubları üz-üzə gələcək.

 


Etiketlər:  Ayntraxt azarkeşlərindən azərbaycanlı uşaqlara jest


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ