Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 13:58
Çin Xalq Bankı ölkədəki koronavirus təhlükəsi ilə əlaqədar olaraq dövriyyəyə təzə əsginazlar buraxaraq, istifadə olunmuş kağız pulları yığıb 7-14 günlük karantinə yerləşdirəcək.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu haqda Çin Xalq Bankının sədr müavini Fan İfey keçirdiyi mətbuat konfransında məlumat verib.
Fan İfey vurğulayıb ki, koronavirusun yayılmağa başlamasından sonra əhalinin nağd pullardan istifadəsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib: "Yeni əsginazların əhali tərəfindən rahat əldə edildiyinə əmin olduqdan sonra 17 yanvar tarixinədək Çin Xalq Bankı ölkə boyu 600 milyard yuanadək yeni pulların yayılmasını təmin edib".
O, həmçinin qeyd edib ki, Çində Yeni il bayramının başlamasından əvvəl (24 yanvar) Uhan şəhərinə 4 milyard yuanadək yeni əsginaz göndərilib.