Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koçuk 100-ü yarıladı

Koçuk 100-ü yarıladı

Tarix: 16 Fevral 2020 20:02

"Sabah"ın futbolçusu Yevgeni Koçuk Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, mövsümün 17-ci turuna təsadüf edib. "Sumqayıt"la səfər matçına (2:1) qədər hesabında 49 oyun olan moldovalı yubiley görüşündə forma geyinib.

"100"ü yarılayan legioner Premyer Liqada 2017/18 mövsümündə debüt edib. Həmin vaxt "Səbail"in formasını geyinən futbolçu 13 matçda 2 qol vurub. Ötən mövsüm bu klubda 22 qarşılaşmaya çıxan Koçuk 4 dəfə rəqib qapısına yol tapıb. Cari çempionatın ilk yarısında "Səbail"də keçirdiyi 12 görüşdə 1 qola sevinən moldovalı bu klubda cəmi 47 oyun keçirib və 7 qol vurub. Qış fasiləsində "Sabah"a üz tutan Yevgeni yeni komandasında 3 oyunda iştirak edib.    

Milli.Az


Etiketlər:  Koçuk yarıladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ