Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tamaşaçı: Belə möhtəşəm yarışların ölkədə keçirilməsi əladır

Tamaşaçı: Belə möhtəşəm yarışların ölkədə keçirilməsi əladır

Tarix: 16 Fevral 2020 22:16

Bakıda beynəlxalq gimnastika yarışlarının keçirilməsi azərbaycanlı azarkeşlərə bu idman növünün dünyaca məşhur təmsilçilərinin çıxışlarını izləməyə imkan yaradır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun tamaşaçısı Gülnarə Mustafayeva bildirib.

"Milli Gimnastika Arenasına ilk gəlişimdir, təəssüratlar - pakizədir. Bu idmanla çox məşğul olan və çox sevən beş yaşlı nəvəmlə gəldim. Nəvəm yarışmanı böyük maraqla izləyir, demək olar, hətta gözlərini arenadan çəkmir. Belə möhtəşəm yarışların ölkədə keçirilməsi çox gözəldir. Bu, uşaqlarımıza dünyada tanınan idman ustalarının çıxışlarını görməyə imkan verir", - tamaşaçı deyib.

Qeyd edək ki, 15-16 fevral tarixlərində Bakının Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku üzrə yarışlar keçirilib. 30 ölkənin 150-dək gimnastının iştirakı ilə keçirilən Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.


Etiketlər:  Tamaşaçı Belə möhtəşəm yarışların ölkədə keçirilməsi əladır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ