Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var

Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var

Tarix: 17 Fevral 2020 08:18

Pakistanın cənubundakı Kəraçi şəhərinin dəniz limanında naməlum zəhərli qazın sızması nəticəsində ən azı 5 nəfər ölüb, 70 nəfər isə zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sızma liman işçilərinin kimyəvi maddə ilə dolu olan konteyneri yüklədikdə meydana gəlib.

Yerli xilasetmə qüvvələrinin nümayəndəsi zəhərlənən işçilərin xəstəxanaya yerləşdirilmələrini bildirib. Onlardan bəzilərinin vəziyyətı ağırdır. Bununla əlaqədər nümayəndə ölənlərin sayının artacağını istisna etmir.

Milli.Az


Etiketlər:  Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər


RƏYLƏR