Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

Tarix: 17 Fevral 2020 09:32

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu karyerasını Azərbaycanda davam etdirəcək. Azad agent statusu daşıyan hücumçu "Sabah"a keçib.

Paytaxt təmsilçisi Şeydayevlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Transfer tezliklə rəsmən açıqlanacaq.

Azərbaycan millisinin üzvü 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib.


Etiketlər:  Ramil Şeydayevin yeni klubu müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ