Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək

Səfir: Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək

Tarix: 22 May 2019 16:48

Bakı. Ləman Zeynalova - Trend:

Qazaxıstanla Azərbaycan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişafını davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Bakıda mətbuat konfransında deyib.

Səfir bildirib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir və öz balanslaşdırılmış siyasətini milli maraqlarına uyğun olaraq davam etdirəcək:

“Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək. Ölkə tarixində ilk dəfə prezident vəzifəsinə qadın namizədliyini irəli sürüb. Seçkilərdə mindən çox beynəlxalq müşahidəçinin iştirakını gözləyirik. Azərbaycandan da müşahidəçilər dəvət olunub. Məlumata görə, Azərbaycan nümayəndə heyətinin tərkibində 40-dan çox nümayəndə yer alır”.

O qeyd edib ki, Qazaxıstanın Bakıdakı səfirliyində vətəndaşların səs verməsi üçün 262 saylı səsvermə məntəqəsi açılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səfir Qazaxıstan Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə dinamik inkişaf edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ