Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərişıq'': Generatorlar lazım olduqda qatarların bir stansiyadan digərinə hərəkətini təmin edəcək

''Azərişıq'': Generatorlar lazım olduqda qatarların bir stansiyadan digərinə hərəkətini təmin edəcək

Tarix: 22 May 2019 17:06

Bakı. Samir Əli - Trend:

"Azərişıq" ASC-nin qida mənbəyi olan yarmstansiyalarında metronun elektrik təhcizatı ilə təmin edilməsi ilə bağlı həmin yarımstansiyalardan tələb olunan gücə müvafiq olaraq iki qurumun texniki heyətinin birgə səyi ilə tələbata uyğun olaraq generatorlar quraşdırılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Texniki Departamentinin baş mühəndisi Mehman Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda sazlama işləri həyata keçirilir: ''Generatorlar həmin yarımstansiyaların xüsusi sərfiyyatına xidmət edir. Yaradılan mövcud sistem nəticəsində generatorlar zəruri olan halda qatarların tam gücünü təmin edərək onların bir stansiyadan digərinə təhlükəsiz hərəkətini təmin edəcək.

9 ədəd 110 kV-lıq yarımstansiyamızda tələbat gücünə uyğun olaraq 2000-2500, bir stansiyamızda isə 1000 kV-lıq generatorların quraşdırılma, sazlanma işləri həyata keçirilir. Bakı Metropoliteni iri həcmli enerji daşıyıcısı olduğuna görə orada kompleks tədbirlər görülür''.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərişıq Generatorlar lazım olduqda qatarların stansiyadan digərinə hərəkətini təmin edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ