Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 17:06
"Breşiya"nın hücumçusu Mario Balotellinin adı növbəti dəfə qalmaqalla hallanıb.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, italiyalı futbolçu Fransanın "Nitsa" klubunda oynayarkən 18 yaşında olduğunu söyləyən italiyalı qızla cinsi əlaqəyə girib.
Balotelli sonradan 17 yaşında olduğu müəyyənləşən qıza 100 min avro ödəyib. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb. Açıqlama verən italiyalı qız Balotellinin şiddətinə məruz qaldığını bildirib: "İkimiz də razılaşdıqdan sonra cinsi əlaqədə olduq, amma Balotellinin şiddətli davranışlarına məruz qaldım".
İtaliya mətbuatının məlumatına görə, italiyalı qız Balotelli ilə baş verən hadisəni mediaya baha qiymətə geniş açıqlayacaq.