Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 17:30
Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə iki məntəqədə seçkilərin nəticələrini ləğv edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, MSK üzvü Qabil Orucov bildirib ki, Ağdaş seçki dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.
Q.Orucovun sözlərinə əsasən, araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar qeyd olunub. Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.