Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin altındakı şəxslərə 2000 iPhone paylandı – SƏBƏB

Karantin altındakı şəxslərə 2000 iPhone paylandı – SƏBƏB

Tarix: 20 Fevral 2020 08:36

Yaponiyanın Yokohama limanında koronavirusa görə karantinə alınan "Diamond Princess" gəmisindəki sərnişinlərə iPhone telefonları paylanıb.
Sonxeber.net chip.az-a istinadən bildirir ki, sərnişinlər arasında bu günə qədər 174 koronavirus yoluxması qeydə alınıb.

Hazırda karantinin davam etdiyi gəmidə sərnişinlərə 2000 iPhone paylanılıb. Rəsmilər məsələyə aydınlıq gətirərək bildiriblər ki, Yaponiya Sağlamlıq, Əmək və Sosial Təhlükəsizlik Nazirliyində xəstələrin həkimlə əlaqə saxlamasını təmin edən tətbiq yaradılıb. Paylanan iPhone-lar isə sözügedən tətbiq yüklənmiş halda sərnişinlərə təqdim edilib.

Mütəxəssislər bunun tibbi tövsiyələr üçün həkimlərlə əlaqə yaratmağın ən yaxşı yolu olduğuna qərar veriblər.

Məlumat üçün qeyd edək ki, gəmidəki karantin müddəti fevralın 19-na qədər davam edəcək.


Etiketlər:  Karantin altındakı şəxslərə 2000 iPhone paylandı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ