Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Somalidə ''Əş-Şəbab'' qruplaşmasının üç silahlısını məhv etdi

ABŞ Somalidə ''Əş-Şəbab'' qruplaşmasının üç silahlısını məhv etdi

Tarix: 20 Fevral 2020 08:44

ABŞ Hərbi Hava Qüvvələrinin Komandanlığı (AFRIKOM) Somali hökuməti ilə razılaşdırılmış şəkildə ölkənin paytaxtı Moqadişodan cənub-qərbdə yerləşən Vədacir bölgəsindəki "Əş-Şabab" qruplaşmasının məntəqəsinə hava zərbəsinin endirdiyini açıqladı.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, ilkin məlumatlara əsasən qruplaşmanın 3 üzvü məhv edilib.

Aviazərbə Somalinin hökumət hissələrinin ölkədəki Afrika Birliyinin sülhməramlı Missiyasının qüvvələri ilə birlikdə "Əş-Şəbab" dəstələrinin ölkənin cənubunda yerləşən Şabelle bölgəsindəki iki ordu bazasına hücum etməsindən qısa müddət sonra həyata keçirilib. Məlumata görə, döyüş zamanı hökumət qüvvələrinin itkisi 12 nəfər təşkil edib.


Etiketlər:  ABŞ Somalidə Əş Şəbab qruplaşmasının üç silahlısını məhv etdi


RƏYLƏR