Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 14:35
Müğənni Elnarə Xəlilova "Üçümüz" verilişinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, proqramın aparıcılarından olan Elcan ifaçının ünvanına "Keçən dəfə geyindiyi ilə eyni verilişə gəlib" sözlərini deyib.
Xəlilova daha sonra övladlarının peşə seçimindən bəhs edib. "Onların mənim sənətimi davam etdirməsini qətiyyən istəmirəm" sözlərini söyləyib.
Elnarə sosial şəbəkədə ona yazılan tənqidlərdən söz açıb:
"Yazırlar ki, nə gündəsən. Fikir müxtəlifliyi var. Amma mən bəyənmədiyimi izləmirəm. Sosial şəbəkədə qızımı, həyat yoldaşımı və yaratdığım musiqi məktəbinin səhifəsini izləyirəm".