Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin keçmiş futbolçusu öldü

''Neftçi''nin keçmiş futbolçusu öldü

Tarix: 20 Fevral 2020 16:10

"Neftçi" klubunun keçmiş futbolçusu Vitali Xluçin dünyasını dəyişib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 80 yaşında vəfat edib.

"Neftçi" klubu yayımladığı başsağlığı mesajında V.Xluçinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, V.Xluçin 1959/1960, 1963/1964 və 1966-cı ildə "ağ-qaralar"ın formasını geyinib. O, "Polad" (Sumqayıt), "Araz" (Naxçıvan) klublarında da çıxış edib.


Etiketlər:  Neftçinin keçmiş futbolçusu öldü


RƏYLƏR