Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rivaldo ''Barselona''nı tənqid etdi - ''Bu transferi başa düşmədim''

Rivaldo ''Barselona''nı tənqid etdi -  ''Bu transferi başa düşmədim''

Tarix: 20 Fevral 2020 22:38

"Barselona"nın sabiq futbolçusu Rivaldo Kataloniya klubunun son transferi haqda danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, braziliyalı veteran hücumçu "Barsa"nın "Leqanes"dən Martin Breytueytin transfer etməsini başa düşmədiyini deyib:

"Düzünü deyim ki, bu transferi başa düşmədim. Birincisi, bu keçid transfer pəncərəsi bağlanandan sonra oldu. İkincisi, "Barselona"  kanteralardan (futbol akademiyaları - red.) bir futbolçu götürə bilərdi. Bundan başqa, "Barselona"nın yeni hücumçu almağına ehtiyac görmürəm. Ancaq yenə də klubun bu qərarına hörmətlə yanaşıram. Ümid edirəm ki, "Barsa"nın bu futbolçuya ehtiyacı var".

Qeyd edək ki, "Barselona" 22 yaşlı danimarkalı hücumçu ilə 2024-cü ilin iyununa qədər müavilə imzalayıb. Bu transfer üçün "Leqanes"ə 18 milyon avro ödənilib.


Etiketlər:  Rivaldo Barselonanı tənqid etdi transferi başa düşmədim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ