Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməliyyat olunan xəstə skripka ifa etdi - FOTO

Əməliyyat olunan xəstə skripka ifa etdi - FOTO

Tarix: 21 Fevral 2020 06:32

53 yaşlı xəstə beyin əməliyyatı olunarkən mahnı səsləndirib.

Milli.Az xəbər verir ki, İngiltərədə beyin şişi əməliyyatı olan Daqmar Turner adlı skripka ifaçısı maraqlı addım atıb. Həkim beyindəki şişin yerini öyrənmək üçün əməliyyat olunan xəstədən skripka ifa etməsini istəyib. İki saat çəkən əməliyyat nəticəsində beyində olan şişin 90 faizi təmizlənib. Əməliyyatdan sonra açıqlama verən həkim ''Skripkanın Daqmar üçün nə qədər əhəmiyyət kəsb etdiyini bilirdim. Bu səbəblə beynin musiqi ifa etməsi üçün lazım olan həssas hissəsini qorumaq üçün ondan belə bir istəyim oldu'' sözlərini deyib. (ölkə.az)

Milli.Az


Etiketlər:  Əməliyyat olunan xəstə skripka etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ