Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu

KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu

Tarix: 21 Fevral 2020 17:24

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə (INSME) üzv qəbul edilib.

Sonxeber.net xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) nəzdində fəaliyyət göstərən INSME sıralarında 30 ölkədən 70-ə yaxın üzvü birləşdirir. Mənzil qərargahı İtaliyada yerləşən təşkilatın missiyası müxtəlif ölkələrdə KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında texnologiyalar və təcrübə mübadiləsini asanlaşdırmaq, bu sahədə qabaqcıl metodologiya və mexanizmləri, dövlət-özəl dialoqunu təşviq etmək, beynəlxalq tərəfdaşlığı genişləndirməkdir.

KOBİA-nın INSME-yə üzv olması KOB sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqinə, müvafiq sahədə fəaliyyət göstərən təşkilatlar və KOB subyektləri arasında effektiv əlaqələrin qurulmasına, kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir.


Etiketlər:  KOBİA Kiçik Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ