Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 17:44
Rusiyanın Leninqrad vilayətində diş həkiminin istifadə etdiyi iynə uşağın mədəsində tapılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 12 yaşlı oğlanın dişindən siniri çıxaran zaman stomatoloqun başı başqa həkimlə söhbətə qarışıb.
Bu zaman onun istifadə etdiyi iynə uşağın boğazına gedib.
Bundan sonra uşağı danlayan həkim onun narahat olmamasını, iynənin təbii yolla xaric olacağını deyib.
Sonradan özünü pis hiss edən oğlanı valideynləri xəstəxanaya gətirib. Həkimlər uşağın mədəsində iynəni aşkar edərək çıxarmağa nail olublar.
Hazırda polislər hadisə baş verən klinikada araşdırma aparır.