Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2019 09:40
Bakı. Trend:
Amerikanın "Gallup İnternational Association" tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.
Trend-in məlumatına görə, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşalrının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan apponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənisatnın əsas problemi adlandırıb.
Sorğuya görə, yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız - 26,1% Dağlıq Qarabağ münaqiəsini Ermənistan üçün əsas problem olaraq görüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin