Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur ''LEGO-insan'' fiqurunun yaradıcısı vəfat edib

Məşhur ''LEGO-insan'' fiqurunun yaradıcısı vəfat edib

Tarix: 23 Fevral 2020 10:18

Məşhur LEGO insan fiqurunun yaradıcısı Yens Niqard Knudsen Danimarkada 78 yaşında vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 30 ildən çoxdur ki, Y.N.Knudsen Danimarkanın "Lego Group" şirkətində dizayner olub.

O, keçən əsrin 70-ci illərinin sonlarında çıxan məşhur hərəkətli əl və ayaqları olan insan mini-fiqurunun yaradıcılarından biri oldu.

Ölüm səbəbi yan amiotrofik skleroz olub. Bu, sinir sisteminin əzalarını iflic edən və əzələ atrofiyasına səbəb olan sağalmaz xəstəlik sayılır.

Milli.Az


Etiketlər:  Məşhur LEGO insan fiqurunun yaradıcısı vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ