Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdmançılarımız Helsinqborqdan 9 medalla dönürlər - FOTO

İdmançılarımız Helsinqborqdan 9 medalla dönürlər - FOTO

Tarix: 23 Fevral 2020 13:52

İsveçin Helsinqborq şəhərində taekvondo üzrə "Prezident Kuboku" keçirilib.

Azərbaycan Taekvondo Federasiyasından Sonxeber.net saytına verilən məlumata görə, millimiz yarışı 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Taekvondoçularımızdan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərə qalib gələrək, çempion tituluna yiyələniblər.

Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) ikinci yeri tutublar. Ramin Əzizov (87 kq) isə bürünc medalla kifayətlənib.


Etiketlər:  İdmançılarımız Helsinqborqdan medalla dönürlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ