Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın daxili işlər naziri: ''Seçici fəallığı 42,5 faiz olub''

İranın daxili işlər naziri: ''Seçici fəallığı 42,5 faiz olub''

Tarix: 23 Fevral 2020 17:20

İranda 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövri seçkilərində seçicilərin iştirakı 42,5 faiz olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın daxili işlər naziri Əbdülrza Rəhmani mətbuat konfransında deyib.

Ə.Rəhmaninin sözlərinə görə, ümumilikdə 24,5 milyon nəfər (24 512 404 nəfər) seçkilərdə iştirak edib.

Rəhmani əlavə edib ki, seçici fəallığında 48%-i qadın, 52%-i kişi olub.

İranın daxili işlər naziri İranda səsvermə hüququna malik şəxslərin 57,9 milyon nəfər olduğunu və onun 2,93 milyon nəfərinin ilk dəfə səsvermədə iştirak etdiyini deyib.

Rəhmaninin sözlərinə görə, parlament seçkilərində 5 233 nəfər, Ekspertlər Şurasının dövri seçkilərində 53 nəfər mübarizə aparıb.


Etiketlər:  İranın daxili işlər naziri Seçici fəallığı faiz olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ