Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 15:04
"Həyata keçirilmiş kəşfiyyat işləri nəticəsində "AzerGold" QSC-nin sahələrində qiymətli metalların ümumi ehtiyatları 20 dəfədən çox artıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, həmin ehtiyatların hasilatı və ixracı ölkə iqtisadiyyatına milyardlarla dolların daxil olmasını təmin edəcək.
Z.İbrahimovun sözlərinə görə, bununla belə, qeyd olunan iri layihələrin reallaşdırılması üçün müvafiq maliyyə vəsaitləri lazımdır:
"Həmin layihələrin işə salınması üçün həm yerli, həm də beynəlxalq maliyyə təşkilatlarından maliyyə cəlb etmək niyyətindəyik. Bu məqsədlə şirkətin nizamnamə kapitalı 2 milyon manatdan 37 milyon manatadək artırılacaq".