Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2019 12:48
"Yuventus"un futbolçusu Sami Xedira Turin klubunu yayda tərk edə bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, MLS, İngiltərə Premyer Liqası klubları və "Bavariya" 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. İtaliya təmsilçisinin alman oyunçunu sata biləcəyi vurğulanıb.
Qeyd edək ki, Xedira bu mövsüm 17 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.