Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlı deputat da koronavirusa yoluxdu

İranlı deputat da koronavirusa yoluxdu

Tarix: 25 Fevral 2020 18:52

İranlı millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə deputat özü Tvitter səhifəsində açıqlama yayıb:

"Covid-19 analizlərim pozitiv çıxdı. Bu mesajı bu dünyada yaşamaq ümidim az olduğu vəziyyətdə ikən yazıram".

Xatırladaq ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub. Ölkədə virusdan dünyasını dəyişənlərin sayı 15 nəfərdir. 95 nəfərdə isə koronavirusa yoluxma halı qeydə alınıb.


Etiketlər:  İranlı deputat koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ