Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2020 22:12
İnstaqram və WhatsApp kimi populyar tətbiqləri özündə cəmləşdirən Feysbuk yenidən qalmaqallarla çalxalanır. Sosial medianın kilid nöqtələrindən biri olan Feysbuk son illərdə bir çox qalmaqalların mövzusuna çevrilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk vergidən yayınmaqda ittiham olunub.
Mark Zukerberqin rəhbərlik etdiyi şirkətin İrlandiyada İRS adlı qurum yaratdığı və bununla da 9 milyard dollardan çox vergidən yayındığı bildirilir.
Feysbuk rəhbərliyinin yaxın günlərdə bir daha məhkəməyə çıxarılacağı deyilir. Çox güman, bu dava nəticəsində sosial media nəhəngi ciddi cəza ilə qarşılaşacaq.