Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 16:18
“Yuventus” futbolçusu Paulo Dibala ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu argentinalı futbolçunu 2025-ci ilədək komandada görmək istəyir.
“Qoca sinyora”nın 26 yaşlı hücumçuya illik 9 milyon avro + bonus təklif etdiyi, Dibalanın isə bununla razılaşmadığı bildirilir. Onun klubdan illik 12 milyon avro məvacib tələb etdiyi qeyd olunub.
2015-ci ildən “Yuventus”un formasını geyinən Dibalanın klubu ilə 2022-ci ilədək müqaviləsi var.