Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Xocalı soyqırımını yad etdi

''Qarabağ'' Xocalı soyqırımını yad etdi

Tarix: 26 Fevral 2020 19:00

"Qarabağ"ın bazasında qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsinin il dönümünə dair tədbir keçirilib.

Sonxeber.net xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin il dönümüylə bağlı bu gün komandayla görüşüb.

Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.


Etiketlər:  Qarabağ Xocalı soyqırımını etdi


RƏYLƏR