Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 20:50
ABŞ-ın bizə verəcək "Patriot"u yoxdur.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən deyib.
"ABŞ Prezidenti Donald Trampla görüşəndə ABŞ-ın Türkiyəyə dəstək verəcəyini bildirdi. Ancaq indi hər hansı dəstəkdən söhbət gedə bilməz. Görünən odur ki, bu aralar cənab Trampla yenidən əlaqə saxlamalı olacağam. Açıq şəkildə deyirəm ki, ABŞ-ın bizə verəcəyi "Patriot" sistemləri yoxdur.
Hazırda bizim əlimizdə sadəcə İspaniya istehsalı "Patriot" sistemləri mövcuddur", - Ərdoğan bildirib.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın "Patriot" sistemlərini Türkiyədəki İncirlik bazasına göndərdiyi haqda məlumat yayılıb.