Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Tarix: 26 Fevral 2020 21:34

Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası"nda dəyişiklik edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qeyd olunub ki, bu Qayda "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

Dəyişikliyə əsasən, Azərbaycanın Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verilməyəcək.


Etiketlər:  Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ