Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarşıdakı iki həftə yeni koronavirusla mübarizədə həlledici olacaq''

''Qarşıdakı iki həftə yeni koronavirusla mübarizədə həlledici olacaq''

Tarix: 26 Fevral 2020 23:02

Yaponiyanın Baş Naziri Şinzo Abe yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar qarşıdan gələn iki həftə ərzində kütləvi idman, mədəniyyət və digər tədbirlərin təxirə salınması və ya azaldılması barədə göstəriş verib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Şinzo Abe fevralın 26-da operativ hökumət qrupunun Baş Nazirin qərargahında keçirilən növbəti iclasında bildirib.

Baş Nazir qeyd edib ki, qarşıdakı iki həftə yeni virusun yayılmasının qarşısının tezliklə alına biləcəyi barədə yekun qərarın qəbulu üçün xüsusi əhəmiyyətə malikdir. Ş.Abe əlavə edib ki, bunu əsas götürən hökumət həmin iki həftə ərzində bütün kütləvi tədbirlərin təxirə salınmasını və ya azaldılmasını xahiş edir.

Baş nazir, həmçinin bildirib ki, hökumət Cənubi Koreyanın Tequ şəhərinin, Çxondo dairəsinin və Şimali Kyonşan əyalətindən olan qeyri-vətəndaşlarında Yaponiyaya girişinə 14 günlük qadağa tətbiq edəcək. Həmin rayonların yeni koronavirusun yayılması ilə bağlı çox ziyan çəkdiyi bildirilir.


Etiketlər:  Qarşıdakı həftə yeni koronavirusla mübarizədə həlledici olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ