Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb

Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb

Tarix: 27 Fevral 2020 08:14

ABŞ-ın Miluoki şəhərində (Viskonsin ştatı) pivə istehsalı ilə məşğul olan "Molson Coors" şirkətinin ərazisində atışma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, atışma nəticəsində 5 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

"ABC" telekanalının məlumatına əsasən, daha əvvəl işdən qovulan şəxs silahla şirkətə qayıdaraq insanlara atəş açıb. Bildirilir ki, cinayətkar 5 nəfəri qətlə yetirdikdən sonra intihar edib.

Milli.Az


Etiketlər:  Tramp Miluokidə baş verən atışmada 5 nəfər ölüb


RƏYLƏR