Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 09:10
Cənubi Koreyada daha 334 nəfər yeni növ COVID-19 koronavirusuna yoluxub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.
Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 1595 nəfərə çatıb. Bildirilir ki, yeni yoluxma hallarından 307-ci Tequ şəhərində qeydə alınıb.
Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.