Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti də dayanıb

Bakıda 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti də dayanıb

Tarix: 27 Fevral 2020 17:20

Elektirik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin "Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu", "Neftçilər" və "Koroğlu" stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.

Sonxeber.net xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.  

Həmçinin, elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb. İşıqforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda işıqforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. 


Etiketlər:  Bakıda yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ